RU

Bu gün ikinci Qədr gecəsidir

Bu gecə Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir.

 

Senzor.az Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi cədvələ istinadən bildirir ki, bu il ikinci Qədr gecəsi martın 20-dən 21-nə keçən gecəyə təsadüf edir.

 

Üçüncü Qədr gecəsi martın 22-si, sonuncusu isə 26-da olacaq.

 

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

 

Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.

Избранный
65
4
senzor.az

10Источники