RU

Tesla onminlərlə "Cybertruck"ı geri çağırır: Nasazlıq tapıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Tesla" ABŞ-də 46 096 ədəd "Cybertruck" avtomobilini geri çağırır. Səbəb paslanmayan poladdan hazırlanmış kuzov panelinin hərəkət zamanı korpusdan ayrıla bilməsidir.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
ABŞ Milli Yol Təhlükəsizliyi İdarəsi (NHTSA) aşkar edilən qüsurun qəza riski yarada biləcəyini bildirib. "Tesla" şirkəti isə artıq bu nasazlığı pulsuz təmir edəcəyini vəd edib.
Milyarder İlon Maskın rəhbərlik etdiyi "Tesla" 2024-cü ildə 5.1 milyon avtomobili geri çağırıb. Lakin aşkar edilən problemlərin əksəriyyəti adətən proqram təminatının yenilənməsi ilə həll edilib.
Избранный
138
27
oxu.az

10Источники