RU

İranda güclü zəlzələ baş verib

İranın cənubundakı Buşehr ostanında 4,6 bal gücündə zəlzələ baş verib.

 
Moderator.az “Report” - a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
 
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 02:13-də (Bakı vaxtı ilə 02:43) Buşəhr şəhərindən 163 km cənub-şərqdə qeydə alınıb. Yeraltı təkanların ocağı 20 km dərinlikdə yerləşib.
 
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Избранный
32
9
moderator.az

10Источники