RU

"Bayer" Virtsə yeni müqavilə təklif etmək istəyir

"Bayer Leverkuzen"in rəhbərliyi gənc yarımmüdafiəçi Florian Virts ilə yaxın vaxtlarda yeni müqavilə imzalamaq istəyir.

90deqiqe.Az xəbər verir ki, Bundesliqa klubu 21 yaşlı futbolçu üçün 2028-ci ilin yayına qədər qüvvədə olacaq yeni müqavilə hazırlayırlar.

Leverkuzen klubu alman oyunçunun gələcəyi ilə bağlı yekun qərarını tezliklə verəcəyini gözləyir.

Qeyd edək ki, istedadlı yarımmüdafiəçini “Mançester Siti” və “Bavariya” almaq istəyir.

Florian Virts bu mövsüm Bayer üçün Almaniya çempionatında 25 oyun keçirib, 9 qol vurub və 10 məhsuldar ötürmə edib.

Избранный
20
90deqiqe.az

1Источники