RU

Pezeşkian Urmiya gölünün bərpa edilməsindən danışdı

İran Urmiya gölünün bərpasına xarici mütəxəssisləri cəlb etmək niyyətindədir. 

"Unikal" xəbər verir ki, bu barədə ölkə prezidenti Məsud Pezeşkian Urmiyaya səfəri zamanı deyib. 

"Urmiya gölünün vəziyyətini yaxşılaşdırmaq üçün universitet professorlarını, tədqiqatçıları və mütəxəssisləri cəlb etməyə çalışırıq. Bu istiqamətdə xarici potensialdan istifadə etməyə çalışırıq. Hazırda gölün vəziyyətini yaxşılaşdırmaq üçün ən effektiv variantı tapmaq üçün lazımi tədqiqatlar aparılır", - Pezeşkian bildirib.

Ağarza Elçinoğlu 

Избранный
183
24
unikal.az

10Источники