1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyənin Balıkesir bölgəsində yerləşən fabriklərin birində ammonyakla aparılan təmizlik işlərindən sonra işçilər zəhərləniblar.
Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.
Məlumata görə, Mütəşəkkil Sənaye Bölgəsindəki xidmət sektorunda fəaliyyət göstərən fabrikdə ammonyakdan istifadə edilməklə təmizlik işləri aparılıb. Nəticədə havalandırma sistemindən ətrafa yayılan ammonyak qonşuluqda yerləşən digər şirkətin işçilərinə təsir edib.
Zəhərlənən 9 işçi xəstəxanaya yerləşdirilib.



