RU

Özcan Denizdən onu çirkli pulları yumaqda ittiham edən qardaşına ağır sözlər: "Məni satdın!"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin məşhur aktyoru və müğənnisi Özcan Deniz onunla birlikdə çirkli pulları yuduğunu iddia edən böyük qardaşına sərt sözlərlə cavab verib. O, qardaşını ailəni dağıtmaqda, qadağan olunmuş maddələrin istifadəsində və içki düşkünlüyündə ittiham edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, özünün "Instagram" hesabında yazıb.
O, Ercan Denizin iddialarını böhtan adlandırıb:
"Çox şükür ki, mən tərtəmizəm. Mən və heç nədən xəbəri olmayan, sənin çirkli işlərinə alət etməyə çalışdığın, iki kiçik qız uşağı sahibi, ən kiçik bacımız Mələk də daxil olmaqla hamımız tərtəmizik. Yanımda durduğu üçün kin püskürdüyün, hər gün mesajlar göndərərək utancverici, ağıza alınmayacaq söyüşlər etdiyin bacım Sibel də tərtəmizdir. Qorxudaraq, ölümlə hədələyərək gördüyün bütün çirkli işlərin hesabını bizə ödətməyə çalışırsan. Bütün ailəni darmadağın etdin. Bu qədər hirs və qəzəbi anlamaq mümkün deyil! Qadağan olunmuş maddələr istifadə edirsən, içki düşkünüsən, başın süngərə dönüb, pula sitayiş edirsən. Ağlını itirmisən, qəflət içindəsən. Dediyin bütün günahlar sənə aiddir. Amma sən hər kəsin həyatını qaraltmağa and içmisən. Hamının çörəyi ilə oynayırsan. Dayanmadın, dayanmırsan, dayanmayacaqsan", - deyə Özcan Deniz bəyan edib.
O, qardaşı ilə 30 illik münasibətlərindən də yazıb: "Səninlə bağlı məni 30 ildir hamı xəbərdar edir. Amma mən tək qardaşım olan səni kənara atmadım, sahib çıxdım, hazırda sənin etdiyin kimi satmadım. Sonda hamını sənin barəndə haqlı çıxardın. Bu qədər şəxsiyyətsiz ola biləcəyini təsəvvür etməzdim. Əslində səni yeyib-bitirənlərə arxalanıb mənə xəyanət etdin. Məni satdın", - deyə ifaçı vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl televiziya kanalına müsahibə verən Ercan Dəniz Özcan Dənizlə olan münasibətindən və çirkli pulların yuyulması məsələsindən danışıb.
"Mən həmişə onun yanında olmuşam. Mən onun bütün həyatını istiqamətləndirirdim, mən "Star TV"ni idarə edirdim. Hamı getdi, mən qaldım. Mən "Star TV"ni idarə etdim, amma alınmadı", - deyə Ercan Dəniz bildirib.
O qeyd edib ki, hazırda dövlət qurumları və məhkəmə araşdırma aparır və onlar da nəzarət altındadır: "Bəli, hazırda hamımız araşdırma altındayıq. Mən də günahkaram, günahım nədirsə çəkməyə razıyam. Özcan bəy də çəkəcək. Bu, çirkli pulların yuyulmasıdır. Pulların yuyulması da cinayətdir", - deyə o bildirmişdi.
Избранный
73
50
oxu.az

10Источники