RU

Bakı-Pirşağı dəmiryolunda qatarların hərəkəti DAYANDIRILDI

“Azərişıq” ASC-yə məxsus 6 kV-luq hava xəttinin qırılaraq dəmiryolu xəttini qidalandıran elektrik kabelinin üzərinə düşməsi səbəbindən Bakı-Pirşağı-Bakı dəmiryolu istiqamətində qatarların hərəkəti dayandırılıb. ADY-nin mətbuat xidmətindən faktı Manset.az-a təsdiq ediblər.Bildirilib ki, qeyd edilən hadisə Pirşağı-Zabrat mənzilində baş verib. Bu səbəbdən də qəzanın nəticələri aradan qaldırılanadək həmin istiqamətdə qatarların hərəkəti dayanıb.

Eyni zamanda, Sumqayıt stansiyasından 18:12-də çıxmalı qatar hadisə ilə bağlı olaraq 20 dəqiqəlik gecikmə ilə Sumqayıt-Xırdalan-Bakı istiqamətinə ötürülüb.

Избранный
112
43
manset.az

10Источники