Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Sankt-Peterburqun “Юридический центр” nəşriyyatı tərəfindən rus dilində “Преступление и наказание в мировых религиях” (“Dünya dinlərində cinayət və cəza ”) adlı yeni kitabı çapdan çıxıb.Kitabın rəyçiləri hüquq elmləri doktoru Esbergen Orazulı Alauxanov, hüquq elmləri doktoru Şəhla Səmədova və AME-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyadzadədir. Kitab hüquqşünaslar, filosoflar, müxtəlif dinlərin nümayəndələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта