RU

Türkiyə və BMT ehtiyacı olan ölkələrə ərzaq çatdırmaq üçün həll yolları hazırlayır

Türkiyə BMT ilə birlikdə ehtiyacı olan ölkələrə ərzaq çatdırılması üçün bir sıra təkliflər hazırlayır.

“Report”un xəbərinə görə, bu barədə danışıqlar prosesində iştirak edən türkiyəli mənbələr bildiriblər.

“BMT bizimlə koordinasiyada ehtiyacı olan ölkələrdə ərzaq probleminin həlli üçün bir sıra təkliflər hazırlayır. Texniki səviyyədə vaxtaşırı danışıqlar aparılır”, - mənbələr deyiblər.

Bundan başqa, bu məsələ Rusiya tərəfindən də müzakirə olunur, lakin hərbi əməliyyatların davam etdiyi bir şəraitdə Qara dəniz “Taxıl sazişi”nin ilkin formada bərpası çətin görünür.

Избранный
295
2
report.az

10Источники