RU

Türkiyə ötən il 121 ölkəyə 283 min 518 ton fındıq ixrac edib

Türkiyə ötən il 121 ölkəyə 283 min 518 ton fındıq ixrac edərək,1 milyard 864 milyon 551 min 43 dollar gəlir əldə edib.
Qara Dəniz Fındıq və Məhsulları İxracatçıları Birliyinin məlumatına görə, 2023-cü ildə ən çox ixrac Almaniyaya həyata keçirilib.
SİA-nın əldə etdiyi məlumata görə, həmin dövrdə Almaniyaya 76 min 346 ton fındıq göndərilib.
Türkiyə bu ölkəyə etdiyi ixracdan 496 milyon 219 min 992 dollar gəlir əldə edib.
Türkiyədən İtaliyaya 310 milyon 773 min 337 dollar,Fransaya isə 138 milyon 104 min 314 dollar məbləğində fındıq ixrac olunub.
Ötən il həmçinin Çinə 8 min 950 ton fındıq ixrac edilib. Bu ixrac əməliyyatından 66 milyon 102 min 881 dollar gəlir əldə edilib.

Избранный
300
3
sia.az

10Источники