Dietoloq Yelena Tixomirova tez arıqlamağa kömək edən mikroelementləri sadalayıb.
Publika.az xəbər verir ki, bu barədə ekspert "Sport Express" qəzetinə müsahibəsində deyib.
"B vitaminləri, həmçinin C, D vitaminləri, kalsium və maqnezium sağlam qidalanma və fiziki fəaliyyətlə birlikdə orqanizmdə yağ yandırma proseslərini sürətləndirə bilər. Beləliklə, balıq, toyuq əti, süd, yumurta və bananda olan B vitaminləri daxil olan qidaları enerjiyə çevirməyə kömək edir, həmçinin həzmi təşviq edir, dərinin vəziyyətini yaxşılaşdırır, depressiya və narahatlıqla mübarizə aparmağa kömək edir", - diyetoloq qeyd edib.
Mütəxəssis əlavə edib ki, D vitamini qidadan yağları əridir, həm də beyin və sinir sisteminin fəaliyyəti üçün son dərəcə faydalıdır.