Tarix: 30 Yanvar 2024 08:32
Malinin mərkəzində silahlılar tərəfindən iki kəndin azı 30 sakini öldürülüb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli hökumət sözçüsü Mulaye Qindo məlumat verib.
"Bir qrup silahlı şəxs keçən həftəsonu Mopti bölgəsində yerləşən Oqota və Oimbe kəndlərinə hücum edib", - o bildirib.
M.Qindo vurğulayıb ki, törədilən cinayətlərə görə hansı qrupun məsuliyyət daşıdığı hələlik məlum deyil.
Milli.Az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта