Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qərb beyin mərkəzlərinin ekspertləri ilə regiondakı vəziyyəti müzakirə edib.
Modern.az xəbər verir ki, bu barədə Qriqoryan özünün sosial şəbəkə hesabında məlumat verib.
Məlumata görə, görüşdə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin təsis etdiyi “Rasmussen Global” təşkilatının, həmçinin “Ermənistanın Dostları” və Avropa Xarici Əlaqələr Şurasının nümayəndələri iştirak ediblər.