Martın 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Moldova Respublikasının energetika naziri Viktor Parlikov ilə görüşüb.
Şirkətdən Bizim.Media-ya bildiriblər ki, görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin reallaşmasının Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi vurğulanıb.
Ölkələrimiz arasında müxtəlif istiqamətlərlə yanaşı, energetika sahəsində, o cümlədən neft və qaz sənayesində əməkdaşlığın genişləndirilməsi istiqamətində önəmli addımların atıldığı qeyd edilib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта