RU

Fortune: X sosial şəbəkəsi TV-lər üçün yutubun analoqunu işə salır

Fortune:

Bakı, 9 mart, AZƏRTAC

Amerikalı milyarder və sahibkar İlon Maska məxsus X yutub ilə rəqabət aparmaq üçün “Amazon” və “Samsung Smart” TV-lər üçün proqram təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Fortune” jurnalı mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, təqdimat gələn həftəyə planlaşdırılıb, yeni platformanın interfeysi televizorlara quraşdırılmış yutub tətbiqi ilə eyni olacaq.

"Mask yutub ilə rəqabət aparmaqda qərarlıdır”, - deyə nəşrin həmsöhbəti bildirib.

Onun fikrincə, tətbiqin köməyi ilə Mask istifadəçiləri televiziya ekranlarında uzun videolara baxmağa inandırmaqla yeni reklamçıları cəlb etmək niyyətindədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
253
1
azertag.az

10Источники