RU

"Fənərbağça" 1/4 finala yüksəlib, Mahir Emrelinin komandası mübarizəni dayandırıb

Türkiyənin "Fənərbağça" klubu UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanıb.
 
Moderator.az-ın məlumatına görə, İstanbul təmsilçisi 1/8 finalın cavab oyununda Belçikanın “Yunion” kollektivini qəbul edib.
 
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 1:0. "Fənərbağça" səfərdəki qalibiyyət (3:0) sayəsində növbəti raunda yüksəlib.
 
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" klubu turnirdə mübarizəni dayandırıb.
 
İlk görüşdə qələbə qazanan (2:0) Zaqreb təmsilçisi Yunanıstanda PAOK-a böyük hesabla uduzub - 1:5.
Избранный
301
4
moderator.az

10Источники