RU

Borrell: “Yeganə çıxış yolu İsrailə siyasi təzyiq göstərməkdir”

Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirdiyi mətbuat konfransında Josep Borrell bildirib ki, İrlandiya və İspaniyanın İsrail-Avropa İttifaqı Assosiasiyası sazişinə yenidən baxılması tələbi ilk dəfə müzakirə olunub.
İndex.az xəbər verir ki, nazirlərin Qəzzadakı vəziyyəti müzakirə etmək üçün İsraillə daha çox təmasda olmaq mövzusunda razılaşdıqlarını qeyd edən Borrell, razılaşmanın dayandırılması ilə bağlı hər hansı qərarın olmadığını və məsələnin müzakirəsinin davam etdiriləcəyini bildirib.
Borrell tərəfləri dinləmək üçün İsrailin xarici işlər naziri Yisrael Katz və Fələstinin yeni baş naziri Məhəmməd Mustafanın Aİ xarici işlər nazirlərinin növbəti toplantısına dəvət oluna biləcəyini bildirib.
Aİ-nin İsrailə təzyiq etdiyini vurğulayan Borrell deyib: “İsrailə bu vəziyyətin qəbuledilməz olduğunu başa düşmələri üçün onlara siyasi və diplomatik təzyiqlər edirik. Aİ-dəki bütün siyasi liderlərimiz bunu həmişə deyiblər və bu gün də vəziyyət belədir. Məsələ ilə bağlı aydın konsensus var idi. Yeganə həll yolu İsrailə siyasi təzyiq göstərməkdir”.

Избранный
298
50
index.az

10Источники