RU

Xuan Roman Rikelme müasir futbolçuların davranışlarını tənqid etdi

Argentinalı sabiq yarımmüdafiəçi, hazırda isə “Boka Xuniors”un prezidenti Xuan Roman Rikelme müasir futbolçulardan danışıb.

Arena.az “Football Talk” dərgisinə istinadən məlumat verir ki, Rikelme müasir futbolçuların öz peşələrinə münasibətindən narazı olduğunu bildirib:

“Biz futbolu sevirdik – oyunlardan sonra rəqs etmək və ya buna bənzər hər hansı bir məqam bizi maraqlandırmırdı. İndi oyunçular daha çox saç ustası ilə şəkil çəkdirməkdən narahatdırlar.
Mən ikrah hiss edirəm, azacıq qıcıqlanıram, çünki heç nə edə bilmirəm”, deyə Rikelme əlacsızcasına vurğulayıb.

Xatırladaq ki, Xuan Roman Rikelme karyerası ərzində Argentinanın “Boka Xuniors”, “Arxentinos Xuniors”, eləcə də İspaniyanın “Barselona” və “Vilyarreal” klublarında çıxış edib. Argentina yığmasının heyətində Rikelme 51 oyun keçirib, 17 qol vurub, 20 məhsuldar ötürmə verib.

Избранный
436
21
arena.az

10Источники