RU

Ötən gün 26 kq-dan artıq narkotik vasitə aşkar OLUNDU

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 11-də ümumi çəkisi 26 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-in Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqrama yaxın heroin, 23 kiloqramdan çox marixuana, 1 kiloqramdan artıq metamfetamin və 991 metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
235
1
unikal.az

10Источники