RU

3x3 qadın millimizdən "Paris-2024" yolunda uğurlu start

Bu gün Honqkonqda 3x3 basketbol üzrə "Paris 2024" Olimpiadasına vəsiqə verən ilk təsnifat oyunlarına start verilib.

Futbolpress.az xəbər verir ki, Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenhauer və Mersedes Volkerdən ibarət qadın millimiz B qrupunda ilk oyununu Çili seçməsinə qarşı keçirib.

Görüşə üstün başlayan yığmamız yekunda 17-14 hesablı qələbə qazanıb.

Qeyd edək ki, 3x3 qadın millimizin qrupda növbəti oyunu sabah Monqolustan seçməsinə qarşı keçirəcək.
Избранный
257
47
futbolpress.az

10Источники