RU

Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı onu qınayanlara CAVAB VERDİ

Amerikada həmcinsi ilə ailə quran tanınmış telejurnalist Natiq Nailəoğlu ünvanına yazılan təhqirlərə cavab verib.

Milli.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Natiq insanların fikrinə görə dəyişməyəcəyini bildirib:

"Ötən gün yayılan xəbərlərdən sonra təhqir etdiniz, ölümlə təhdid edənləriniz oldu. "Çıx yalandır de" yazan, məsləhət verənlər də var idi. Səbəb? Niyə belə bir açıqlama edim? Mən yaşadığım heç bir hiss üçün utanmıram! Bu mənəm və yaşadığım da mənim həyatımdır. Dostlarımla, məni izləyən insanlarla həyatımın xoş anını paylaşdım. (Qeyd səhifəm "private"dir ) Sizin istədiyiniz kimi həyat yaşamadığım üçün utanmalıyam? Yaxud da özümü günahkar hiss etməliyəm? Əlbəttə yox! Mən istədiyim həyatı yaşayıram və bu hər zaman da belə oldu. Nə edək? Hisslərimizi ört-basdır edib, bu xalqın mentaliteti var, mədəniyyəti fərqlidir deyə, ikili bəzən də üçlü "şəxsiyyət"i oynayaq? yaşayaq? "Ətraf nə deyər?" , "tez-bazar bir qızla evlən" qoy desinlər kişi'dir məntiqilə yaşayaq? Bu məntiqlə neçə nəfəri bədbəxt etmisiniz? Etməkdə də davam edirsiniz... Yaşamaq istədiyiniz, lakin yaşaya bilmədiyiniz heç nə üçün insanları ittiham etməyin. Aynanın qarşısına keçin, özünüzə "mən nə istəyirəm" sualını verin. Uzaqlaşın qohum-əqrəba, qonum-qonşu, mentalitet təfəkküründən. Ətraf danışacaq, deyinəcək və bir zaman sonra susacaq! Amma keçən Sizin həyatınız olacaq. Siz itirəcəksiniz. Zaman-zaman hisslərinizi, sonra da özünüzü. Bir zaman gələcək, nə istədiyinizi belə anlamayacaqsınız. İnsanlığınızı, mənliyinizi itirmədən yaşayın! Mən xoşbəxtəm! Ömrümün sonuna qədər də azadlığımı, öz fikrimi bütün olan və olacaqlardan daha üstün tutacağam!".

Qeyd edək ki, N. Nailəoğlunun həmcinsi ilə evlənməsi xəbəri Azərbaycanda geniş müzakirələrə səbəb olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5500
17
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7718
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5174
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4927
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4718
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4478
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3695
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2989
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2728
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2709
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2648
Sabah 20 dərəcə isti olacaq
2614
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2262
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2209
Röyanın biabırçı videosu yayıldı
2103
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2076
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2030
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1782
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1696
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1592
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1589