RU

180 min manatlıq dələduzluq edən şəxs qərardan narazıdır

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Sərxan Tağıyevin barəsindəki hökmdən kassasiya şikayəti verilib. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək ilkin hazırlıq iclası aprelin 30-na təyin edilib.

 

Şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərxan Tağıyevə 5 il 11 ay 27 gün azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib. 
 

Qeyd: Sərxan Tağıyevə Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq -külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib. O, zərərçəkmişlərə ümumilikdə 186 min manatlıq ziyan vurub.

 

Kamal Məmmədov

Tarix: 29 Aprel 2024, 08:39   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
93
2
pravda.az

3Источники