RU

Füzulidə idarəetmədən çıxan “Mercedes” kanala düşdü- VİDEO

Füzuli rayonu Aşağı Kürdmahmudlu kəndində yol qəzası qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 28-i səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq qəzaya uğrayıb. Hadisə şahidlərinin iddiasına əsasən qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə sükanı buraxan sürücü maşını yol kənarındakı kanala aşırıb. Qəza zamanı sürücü xəsarət almasa da avtomobilə ciddi maddi ziyan dəyib.
Qeyd edək ki, qəzalı maşın hadisə yerinə cəlb olunmuş FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılıb.

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
avtosfer.az

1Источники