ABŞ-ın Corciya ştatında sürət həddini aşan şəxs 1,4 milyon dollar cərimə olunub. Bizimyol.info xəbər verir ki, hadisə sentyabrın 2-də axşam saatlarında Savanna şəhərində baş verib. Sürət həddi saatda 90 kilometr olan yolda avtomobili ilə təqribən 145 km/saat sürətlə evinə doğru hərəkət edən Connor Catonu ərazidə patrul edən polis qrupları dayandırıb. Cato ağır cəza gözlədiyini etiraf etsə də, məbləğin 1,4 milyon dollar olduğunu öyrəndikdə təəccübləndiyini söyləyib. Ədliyyəyə zəng edən Cato: "Telefonda bir qadın 1,4 milyon dollar cərimə olduğumu söylədi. Bunu eşitdikdə ona rəqəmlərdə səhvi ola biləcəyini söylədim. Lakin qadın onda olan məlumatın səhv olmadığını, ya cəriməni ödəməli, ya da dekabrın 21-də məhkəməyə gəlməli olduğumu bildirdi”, - deyə qeyd edib. Cərimə sənədləri ilə məşğul olan vəkil Sneh Patel cinayət sayılan bir hadisəyə görə bu qədər yüksək cərimə kəsilməsini heç vaxt görmədiyini söyləyib. "Hətta narkotik alveri, qətl və silahlı hücum kimi cinayətlərin də 1,4 milyon dollar cəriməsi yoxdur",- deyə qeyd edib. Hadisənin səbəbi Savannah şəhər administrasiyasının verdiyi açıqlamada müəyyənləşib. Cərimə məbləğinin yerli məhkəmə tərəfindən istifadə edilən proqram təminatı ilə müəyyən edildiyini bildirən şəhər hökumətinin sözçüsü Coşua Peacock sürət həddini 55 kilometrdən çox aşan sürücülərin “super sürət” kateqoriyasına daxil edildiyini və məhkəmədə hakim tərəfindən müəyyən edilən faktiki cəzanın veriləcəyini bildirib. “Super sürət” kateqoriyasında sürücülərə verilən cərimə vərəqəsinin üzərində heç bir məbləğ yazılmağını bildirən Peacock, bu səbəbdən proqram təminatının avtomatik olaraq ən yüksək rəqəmi təyin etdiyini və hakimin verdiyi cəzanın min dollardan çox ola bilməyəcəyini bildirib. Qadir, Bizimyol.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта