RU

Cənub cəbhəsində durum gərginləşib

Cənub

Orexovski istiqamətində və Dnepr çayının sol sahilində Rusiya ordusu hücumların sayını artırıb, lakin çoxlu silah, o cümlədən tank itirib.

Reyting.az
xəbər verir ki, “Cənub” Müdafiə Qüvvələrinin məlumatına görə, son 24 saat ərzində ruslar Orexovski istiqamətində 5 hücum həyata keçiriblər.

“Hücumların biri Staromayorski bölgəsində, dördü Robotino ərazisində olub. Müvəqqəti olaraq işğal olunan Xerson vilayətində Dnepr çayının sol sahilində 11 faydasız hücum baş verib”,- deyə Ukrayna tərəfinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, Ukrayna müdafiəçiləri düşmənin mövqelərini və arxa bölgələrinə zərbə endirib: “Son 24 saat ərzində göstərilən iki istiqamətdə düşmənin 159 hərbçisi zərərləşdirilib. Düşmən həmçinin 46 ədəd silah və hərbi texnika - iki tank, iki “Qrad” reaktiv yaylım atəş sistemi, 18 zirehli texnika, üç elektron döyüş stansiyası, üç kəşfiyyat PUA-sı, iki aerofotoqrafik stansiyaı və altı qayıq itirib”.

Y. QACAR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
73
reyting.az

1Источники