RU

Türkiyədə 15 avtobus külə döndü - FOTO

Türkiyənin Kocaeli şəhərinin Kartepe rayonunda avtobusların servis dayanacağında yanğın baş verib.

Bizim.Media “Haber Global” telekanalına istinadən xəbər verir ki, təxminən bir saat davam edən yanğında 15 avtobus tamamilə yanaraq kül olub.

Gecə saatlarında naməlum səbəbdən avtobuslardan birində başlayan yanğın sürətlə digər nəqliyyat vasitələrinə sıçrayıb.

Hadisənin səbəbinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.



Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
175
11
bizim.media

10Источники