RU

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah saat 08:00-dan "Mayak-2"  qaz kəmərinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması, saat 10:00-dan Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, "1 May qəsəbəsi” və "Pirallahı Yeni” qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni daraldıcı qurğularla əvəzlənməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq.Bu barədə "Azəriqaz” İB-dən bildirilib. 
 
Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Pirallahı (tam olaraq) və Şüvəlan (dənizkənarı yaşayış sahəsinin) qəsəbələrinin, Xətai rayonunun isə Lütfi Zadə küçəsinin qaz təchizatında fasilə yaranacaq.

www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
184
49
Источники
Комментарий ()
Закрывать