RU

Zeytun yağının daha bir faydası ortaya çıxdı

Son araşdırmalar göstərib ki, gündə təxminən yarım xörək qaşığı zeytun yağı demensiyadan ölmə ehtimalını azalda bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yeni araşdırmada tədqiqatçılar 30 il ərzində təxminən 90.000 iştirakçını müşahidə ediblər. Hər gün yeddi qram zeytun yağı yemək demensiyadan ölmək riskini 28% azaldır. Eyni effekt həmçinin mayonez və ya marqarini zeytun yağı ilə əvəz etməklə əldə edilib. Yəni, gündə beş qram (təxminən bir çay qaşığı) marqarin və ya mayonezi zeytun yağı ilə əvəz etmək demensiyadan ölmə ehtimalını 8-14% azaldıb. Və bu, insanın pəhrizinin ümumi keyfiyyətindən asılı olmayıb.

Qeyd edək ki, xəbər materiallarını həkim resepti ilə eyniləşdirmək olmaz. Qərar vermədən əvvəl bir mütəxəssislə məsləhətləşin.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
244
8
milli.az

10Источники