RU

Hakimi təhqir etdi, 5 oyunluq cəzalandırıldı

style='margin-bottom:10px;'>

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında əvəzedicilər liqasının 33-cü turunda baş verən qayda pozuntuları ilə bağlı da qərarlar verilib.

QOL.az xəbər verir ki, "Kəpəz-2” – “Sumqayıt-2” oyununun 70-ci dəqiqəsində qonaq komandanın inzibatçısı Elnur Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyunluq cəzalanıb, “Sumqayıt-2” komandası 400 manat cərimə edilib.

“Qarabağ-2” – “Neftçi-2” oyununda Ağdam klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilib.

“Səbail-2” – “Qəbələ-2” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
191
8
teleqraf.com

10Источники