RU

Türkiyə-Azərbaycan biznes forumu keçirilir - VİDEO

Türkiyə-Azərbaycan biznes forumu başlayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, forumun açılış mərasimi Türkiyə Palatalar və Birjalar Birliyində baş tutub.

Tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz iştirak edir.

Qeyd edək ki, forumda Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədovun çıxışları dinləniləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
50
17
publika.az

4Источники