RU

Toni Kroos: “Bayern” səviyyədə komandalar daha qorxmurlar”

“Real”ın alman mərkəz yarımmüdafiəçisi Toni Kroos Çempionlar Liqasının yarımfinalında “Bayern”lə qarşıdakı cavab oyunu haqda danışıb.

Arena.az xatırladır ki, tərəflər arasında Münhendə keçirilmiş ilk oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

“Riyaziyyatla məşğul olmaq gərək deyil. Hər zaman istədiyimiz, finalda oynamaq idi. Bu qarşılaşma isə finaldan fərqli deyil. Əlbəttə ki, oyunun öz evimizdə keçirilməsindən yararlanmağa çalışırıq. Ümidvaram ki, bu, bizim üçün bir üstünlük olacaq. Ancaq bu səviyyədə digər komandanın öz futbolumuzu oynaya bilməyəcək dərəcədə qorxutması nadir haldır”, – “Bayern & Germany” dərgisi Kroosdan sitat gətirir.

Xatırladaq ki, “Real” Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Bayern”i bu gün, mayın 8-də Madridin “Santyaqo Bernabeu” stadionunda qəbul edəcək.

UEFA Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək. Daha əvvəl Fransa nəhəngi PSJ-ni mübarizədən kənarlaşdırımış Dortmund “Borussiya”sı finalda rəqibini gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
120
arena.az

1Источники