RU

Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın Baş naziri Əli Əsədovun Ankarada baş tutan görüşü zamanı Azərbaycan və Ermənistan arasında sülh danışıqları müzakirə edilib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

"Azərbaycanla Ermənistan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır", - Ərdoğan deyib.

O, Bakı ilə İrəvan arasında əldə olunan irəliləyişdən məmnun olduğunu və iki ölkənin xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Almatıda keçiriləcək görüşündən müsbət nəticələr gözlədiyini qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
31
publika.az

10Источники