RU

Zelenski fövqəladə vəziyyəti 90 gün uzatdı

Prezident Volodimir Zelenski Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyətin 2024-cü il avqustun 11-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının rəsmi saytında məlumat verilib.

Qanuna görə, səfərbərlik və hərbi vəziyyət 90 gün, yəni 2024-cü il avqustun 11-dək uzadıldı.

Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri səfərbərlik və hərbi vəziyyət 11-ci dəfədir ki, davam edir.

Səfərbərlik 18 yaşından 60 yaşınadək kişilərə aiddir. Hərbi xidmətdən möhlət hüququ olan kişilər orduya çağırılmır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
137
10
konkret.az

10Источники