RU

Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər

İranın xilasetmə briqadaları göyərtəsində Prezident İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı yerə doğru irəliləyiblər.

Bubarədə İranın “Press TV” agentliyi məlumat yayıb.

"Xilasetmə qrupları göyərtəsində İran Prezidenti Rəisinin olduğu helikopterin qəzaya uğradığı əraziyə doğru hərəkət edir", - xəbərdə deyilir.

Daha əvvəl bildirilib ki, Türkiyənin “Bayraktar Akinci” PUA-sı İbrahim Rəisini daşıyan helikopterin dağıntıları ola biləcəyi ehtimal edilən "istilik mənbəyi" tapıb.

“Anadolu” agentliyi bildirib ki, Türkiyə tərəfi qəzanın ehtimal olunan yerinin koordinatlarını İran hakimiyyətinə təqdim edib.

“Press TV”nin məlumatına görə, dağıntıların mümkün aşkarlanması barədə məlumatı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) təsdiqləyib.//Report

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
653
8
musavat.com

6Источники