“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov klub ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2023-cü ildə bu vəzifəyə təyin olunan Fərrux Mahmudov komanda ilə yolları ayırmaq qərarına gəlib.
F.Mahmudova göstərdiyi xidmətlərə görə təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb./oxu.az