RU

Şou-biznes / VideoTünzalə Ağayeva Qurban Qurbanovla görüşdü - FOTO/VİDEO

SİZİN REKLAM BURADA!055 213 76 73

Xalq artisti Tünzalə Ağayeva “Kiçik addımlarla böyük uğurlara” adlı sosial layihəsi çərçivəsində futbol əfsanəmiz Qurban Qurbanov və ” Qarabağ” futbol klubu ilə görüşüb.

Far.Az xəbər verir ki, layihənin əsas məqsədi uşaqların inkişafına dəstək olub, idmana olan həvəsi artırmaqdan ibarətdir.

Pop star görüş zamanı maraqlı anlar yaşayıb. O, öz xatirələrini şəxsi “İnstagram” hesabında paylaşıb:

“Bu görüş mənim üçün unudulmaz oldu. Fəxri Səfiri olduğum “Kiçik addımlarla böyük uğurlara”, “Məktəbim” layihəsi çərçivəsində şirin-şəkər uşaqlarla, Qurban Qurbanovla görüşdük. Az qaldı, uşaq futboluna və uşaq idmanına həsr etdiyim Himni fəxrlə səsləndirəcəm. İnanıram ki, bu görüş balacaların idmana olan həvəsini və sevgisini daha da artıracaq”.

Onu da xüsusi olaraq vurğulayaq ki, pop star bu yaxınlarda uşaq futboluna və idmanına həsr olunan Himnin təqdinatını edəcək.

Əsərin musiqisi Tünzalə Ağayevaya, sözləri isə Elnurə Nağıyevaya məxsusdur.

Far.Az VİDEO QALEREYA

Избранный
242
21
far.az

10Источники