Son dövrlərdə sosial media hesabından açdığı canlı yayımlar və etdiyi açıqlamalarla gündəmdən düşməyən Sərdar Ortaç, bu dəfə də Harbiye Açıqhava Səhnəsində sərxoş vəziyyətdə çıxış edib.
News24.az Dergi.az-a istinadla xəbər verir ki, ayaqda durmaqda çətinlik çəkən müğənni: “Bu gecə sizdən daha çox əyləndim. Sərxoş oldum, içkinin Allah bəlasını versin” deyib.
Sərdar Ortaç, gələn tənqidlərin ardından içini töküb və bunları deyib: “Hər şeyi itirmişəm onsuz da. Sağlamlığımı itirməmək üçün düşünürdüm, onu da itirdim. Qardaşım, atam, orkestrimdə ən sevdiyim gitarist öldü.
Bunların hamısı beş il ərzində oldu. Boşandım, o ən yüngülü bu idi. İtirməli bir şeyim qalmayıb. Evim yansa, dönüb baxmaram. Mən səhv etdiyimi bilirəm. İçməsəm səhv etmərəm, bunda əminəm. Alkoqolu tərk etdiyim gün ağrılarım da azalacaq”.