"Tənqidlərdən uzaq olub, özümüzü pozitivə kökləməliyik"
Bu gün "Neftçi"nin yeni idman direktoru Yens Anderssonun təqdimat mərasimi keçirildi.
Futbolpress.az xəbər verir ki, tədbirdə iştirak edən komandanın baş məşqçisi Adrian Mutu jurnalistlərin suallarını cavablandırdı:
- Ruslan Mirzovun çıxışını nə dərəcədə qiymətləndirir və futbolçunun üstünlükləri nədir? - Rusiyanı yarımmüdafiəçi ilə bağlı deyə bilərəm ki, son oyundakı performansı məni qane etdi. O komadaya hazırlıqsız qoşulmuşdu, buna görə də bir az vaxt lazımdır.
- Mutunun yeni idman direktoru Anderssondan tələbləri nə olacaq? - Təqdimatla bağlı təbrik edirəm. İnanıram ki, o kluba və mənim işimə töhfə verəcək. Məşqçi və idman direktoru əməkdaşlıq edərək komandanı qurmalıdırlar.
- Növbəti oyun "Sabah"la olacaq. Bu komanda "Neftçi"yə baş ağrısı olub. Növbəti oyunda qələbə nə qədər real görünür? - "Sabah" yaxşı nəticə göstərir. Bunu sadəcə keçən ilə görə demirəm. Bazar günü oyunumuz olduqca ağır keçəcək. Ümid edirəm, uşaqlar meydanda ən yaxşısını etməyə çalışacaqlar. Əlimizdən gələni edib, tam məhsuldarlıqla oyuna çıxmağa çalışacağıq.
- Mutu gəldikdən sonra yeni transferlərə çox şans vermir. Bu nə ilə əlaqədərdır? - Elə düşünmürəm. Hesab edirəm ki, bütün komada üzvlərinə şans verirəm. Həmçinin, seçimlərimdə kiməsə izah vermək məcburiyyətində deyiləm. Həftə ərzində performanslara baxırıq və komandaya yararlı oyunçuları heyətə daxil edirik.
- Mutu stabil oyun üçün hansı müddəti planlaşdırır? - Hazırda vaxtla bağlı nəsə demək çətindir. Bu layihə yayda başlayıb, böyük işlər üçün vaxt lazımdır. Biz oyunçularımızın üzərində işləyirik ki, onlar meydanda səmərəli olsun. Hisslərlə iş görmürük. Ciddi bir şey etmək istəyiriksə, təməl möhkəm olmalıdır. Səbrlə bu işi görəcəyik. Tənqidlərdən uzaq olub, özümüzü pozitivə kökləməliyik.
- Emin Mahmudovun yoxluğu hər zaman təhlükə olub. Amma "Səbail"lə oyunda Emin olmasa da, lakin sürət, dinamika var idi. Emin Mahmudovun qayıdışı sizi narahat etmir? - Emin komanda üçün önəmli oyunçusudur. Sevirəm ki, hər mövqedə rəqabət olsun." Səbail" qarşı oyun yaxşı keçdi, amma bu o demək deyil ki, Emin olmadığı üçündür. Mənə etimad edib inana bilərsiniz ki, heyətin ən yaxşısını seçirəm.
- Yeni transferlərin çıxışından razısız? Onların ideal forması üçün nə qədər müddət lazımdır? - Bununla bağlı vaxt deyə bilməcəm, amma oyunçular alışırlar. Bəzi oyunçular komandaya mədəniyyət alışırlar. Amma nəzərə almaq lazımdır ki, onlar komadaya gələndə tam formada deyildirlər.
- Klubun Anderssonun təyinatından hansı qazancları olacaq? - Bunu əvvəldən bildirmişəm ki, bu qərarlar verilibsə, məntiq var. Andersson fərqli klublarda çıxış edib, təcrübəsi var. İnanıram ki, daha yaxşı nəticə verəcək. Rəhbərlik qərar verəndə bunu sizdən və məndən də yaxşı bilir.
- Mövsümün əvvəlində bildirmişdiniz ki, çempionluq və kubok uğrunda mübarizə aparacaqsınız. Anderssonun dedi ki, vədlər vermək istəmir. Bu ziddiyyətlə bağlı nə demək istərdiniz? -O məndən təcrübəlidir, daha çox bilir...
- Qış transfer pəncərəsinə hazırlıqlar başlanıb? Transfer və ayrılıqlar olacaqmı? - Hazırda nəsə demək çətindir, dekabra qədər vaxtımızı var. Yenslə bunu müzakirə edəcəyik. Nəticə vermək üçün oyunçu lazım olacaqsa, komadaya yeni oyunçular cəlb olunacaq.