RU

İndoneziyada 6,3 bal gücündə zəlzələ baş verib

İndoneziyada

Bakı, 2 noyabr, AZƏRTAC

İndoneziyada 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 282 min nəfər əhalisi olan Kupanq şəhərindən 5 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 39 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Избранный
790
28
azertag.az

10Источники