RU

"Atam rəhmətə gedəndə həmin dükan sahibi gəlib dedi ki..." -

"Atam ailəsinə, övladlarına, yaxınlarına çox bağlı biri idi. Əlbəttə ki, hər valideyn kimi o da övladlarının xoş gününü görməyi arzu edirdi. Təəssüf ki, nə mənim, nə də bacımın toyunu görmədi. Həyat onu bizdən tez aldı.. Nə edə bilərdik? Bu da onun taleyidir".

Publika.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti Telman Adıgözəlovun oğlu Tural Adıgözəlov deyib. O daha sonra əlavə edib.

"Bu gün doğum günüdür. Doğum günlərini hər zaman yaxınlarının, ailəsinin əhatəsində qeyd edərdi. Dostları, tanışları çox idi. Hər il olduğu kimi həm doğum, həm də anım günlərində atamın məzarını ziyarət edib, dualar oxuyuruq. Nəinki bu günlərdə, adi günlərdə də. Atam Fatmayı kəndində dəfn olunub. Hər dəfə övladlarımı da aparıb məzarını ziyarət edirik. Mənim oğlum onun adını daşıyır" deyə o bildirib.

Tural Adıgözəlov bildirib ki, atası geyinib-keçinməyi çox sevərdi.

"Geyim onun ən yaralı yeri idi. Hər ay özünə mütləq yeni geyim almalı idi. Bakıda olan ən məşhur geyim dükanlarının sahibi onu tanıyırdı. Yeni nəsə gələn kimi birinci atama zəng edərdilər. Atam rəhmətə gedəndə geyim dükanlarının birinin sahibi baş sağlığı verməyə gəlmişdi. Bizə pul qaytarıb dedi ki, atanız özünə gödəkçə sifariş edib, pulunu da öncədən ödəyib" deyə o bildirib.

Избранный
236
21
publika.az

10Источники