RU

“MuğanBank“da qorunmayan 76 milyon manat əmanətin 61 milyonu 1 nəfərə məxsusdur

"MuğanBank"da fiziki şəxslərə məxsus qorunmayan 76 milyon manat əmanətin 61 milyon manatı və ya 80%-i 1 nəfərə məxsusdur.

“Yeni Sabah” xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev Mərkəzi Bankın rəhbərinin sözlərinə istinadaən açıqlama verib.

R.Ağayev əlavə edib ki, hələ 2-3 il əvvəl bir bank rəhbəri də demişdi ki, bank sektoru üzrə əmanətlərin 44%-i bütün əmanətçilərin 1%-nə məxsusdur.

“Hər 2 məlumatın mənbəyi mötəbər şəxslərdir. Ölkədə fantastik sərvət və gəlir bərabərsizliyini əks etdirən və cəmiyyətə açıqlanan nadir göstəricilərdən sayıla bilər bu statistika. Əslində bu tip məlumatlar rəsmi statistikanın ən zəngin və ən yoxsul 10% əhalinin gəlirləri arasında fərqin cəmi 3 dəfə olduğunu göstərən araşdırmalarını lazımsız kağız parçasına çevirir”, - deyə R.Ağayev bildirib.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin oktyabrın 18-də qəbul etdiyi qərara əsasən “MuğanBank” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.


Telegram kanalımız
Избранный
318
1
yenisabah.az

5Источники