Bakı. Trend:
Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM,yaxud Orta Dəhliz) əsas tərkib hissəsidir.
Trend xəbərverir ki, bunu Böyük Britaniyanın Biznes və Ticarət DepartamentininAzərbaycan üzrə direktoru, Şərqi Avropa və Mərkəzi Asiyadaenergetika üzrə aparıcı mütəxəssisi Coel Con Derbişir BeynəlxalqTicarət Həftəsi çərçivəsində "Azərbaycan və Qazaxıstan - özünüzüçün iki regional mərkəzi kəşf edin" adlı vebinarında deyib.
"Azərbaycan Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdən keçən ticarətyollarının kəsişməsində yerləşir. Əsrlər boyu Azərbaycan ŞərqdənQərbə uzanan məşhur İpək Yolunun bir hissəsi olub. Bu gün ölkənincoğrafi mövqeyi Xəzər dənizindan keçən və Çinlə Avropanıbirləşdirən Orta Dəhlizin inkişafı üçün imkanlar açır. Beləliklə,Azərbaycan bu nəqliyyat marşrutu çərçivəsində mühüm komponentdir",- deyə o vurğulayıb.
Derbişir həmçinin, 1994-cü ildə Azərbaycan hökumətinin bp iləməşhur "Əsrin müqaviləsi"ni imzaladığını və bununla AzərbaycanlaBöyük Britaniya arasında möhkəm və mütərəqqi ikitərəfli vəinvestisiya tərəfdaşlığının təməlinin qoyulduğunu qeyd edib.
"Bu, sabit və uğurlu ikitərəfli ticari və investisiyamünasibətlərimizin əsasını qoydu", - deyə o əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)