RU

Zahid Oruc V çağırışdan sonra Milli Məclisdə Xətai seçicilərinin millət vəkili olacaq

Bu gündən etibarən sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri üçün təbliğat-təşviqat prosesinə start verilib. 
 
Qalibiyyət əsrinin başlandığı 2024-cü ildə Zəfər Parlamanti ideyası ilə çıxış edən müstəqil namizəd Zahid Oruc seçki mübarizəsinə, "parçalanmalara və daxili toqquşmalara yol verməyən, yalnız xalqın maraqlarına söykənən və konkret ərazidə yaşayan əhalinin ümdə arzularını yerinə yetirən taleyüklü mərhələ” kimi dəyərləndirir.
 
Seçki Platformasını Xüsusi buraxılışla seçicilərə çatdırmaq üçün qanunvericiliklə müəyyənləşmiş yerlərdə görüşləri və birbaşa təmasları əsasında namizədin gələcək təsilçisi olmağa çalışdığı Xətai rayonunda 8 noyabr Qələbəsindən sonra prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən verilən qərarla bir vaxtlar Xocalı abidəsi ətrafında səfərbər olunan bir millətin 44 günlük müqəddəs müharibənin qəhrəmanlığının əbədiləşdirildiyi, simvollaşdırıldığı tarixi bir ünvana çevrilməsi hər vətəndaş, o cümlədən xalq təmsilçilərindən ötrü bir nömrəli ehtiram və ziyarət ünvanı olmalıdır.
 
Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində yaradılan abidə-kompleksi qarşısında bir qrup xətaili gənc və siyasi həmfikirlə toplaşaraq, əsas siyasi idalını və proqramını növbəti dəfə seçicilərə nümayiş etdirən Zahid Oruc xüsusilə yeni nəslə güvəncini və inamını ifadə etdi.
 
Qələbəmizi qanı və canı ilə qazanan gəncliyin indi qalib dövlətdən gözləntilərinin daha da artdığını hakimiyyət oqranları üçün mühüm çağırış adlandıran namizəd çoxsərlik savaşın millətiizin xeyrinə həll olunduğu kimi, bütün daxili problemləri də çözməyə qadir olduğumuzu qətiyyətlə söylədi.Müxtəlif ali məktəbləri və peşələri təmsil edən, hazırda əmək fəaliyyətlərini fərqli sahələrdə davam etdirən gənclər namizədlə fərdi görüşdən məmnuniyyətlərini ifadə etdilər, arzu və istəklərini, daimi əməkdaşlıq platformaları və birgə çalışmaların yollarını dilə gətirdilər.
 
Xətai rayonun həyatında baş verən inkişaf və dəyişiklikləri qürurla qeyd edən görüş iştirikaçıları, eyni zamanda, karyera quruculuğu, müxtəlif dövlət xidmətlərindən faydalanmaq üçün qarşılaşdıqları maneələr, işsilzik problemləri, şəhər infrastukrurunun yenilənməsi zamanı mülkiyyət hüquqlarının qorunmasının vacibliyi, şəhid ailələri və qazilər dövlət protokolunda birinci sırada nəzərə alınması və digər mühüm təkliflərini irəli sürdülər.Qaldırılan əksər məsələrə dair müvafiq cavablar verildi, gələcək vəzəfilərin və öhədiliklərin sırasında onların xüsusi yer tutacağına əminlik ifadə olundu.
 
Zahid Oruc bu il keçirilən növbədənkənar parlament seçkilərində 33 saylı Xətai dairəsindən namizədliyini irəli sürüb. 
 
Hazırda həmin dairədən REAL partiyasının sədri Natiq Cəfərli də namizədliyini irəli sürüb. 
 
İndiyədək həmin dairənin deputatı Hüseynbala Mirələmov olub. Sonuncu seçkilərdə isə həmin dariənin nəticələri ləğv olunub. 
 
Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər  cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
 
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib. 
 
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
 
Gülnar Nazimqızı 

www.anews.az
Избранный
38
2
anews.az

3Источники