AZ

Şərurda baş verən yanğın söndürülüb

Şərurda

Naxçıvan, 1 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şərur rayonu Diyadin kəndində ot bağlamalarında yanğın başlaması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bölmələri çağırış üzrə yanğın baş verən ərazilərə cəlb edilib.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın daha geniş əraziyə yayılmadan söndürülüb.

Seçilən
207
2
Mənbələr
Şərh ()
Bağla