AZ

"Sülhməramlılar Bakı ilə atəşkəs imzaladıqdan sonra üzə çıxıblar" - Səfir

"Ermənistanın köməyə ehtiyacı olanda, Rusiya yanında deyildi".

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini deyib. 

Onun sözlərinə görə, Qərb Ermənistana kömək edir: "Bir blok deyil, müxtəlif təşkilatlar, bir çox təşəbbüslər, müxtəlif ölkələr tərəfindən təmsil olunan Qərb bu gün köməyə gəlir". 

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın Qərb və Fransanın Cənubi Qafqaza qeyri-sabitlik gətirməsi ilə bağlı bəyanatına toxunan səfir bildirib: "Son illərdə Ermənistanın rəsmi müttəfiqi olan, KTMT-nin üzvü olan Rusiya Ermənistanın köməyinə gəlmədi. Bu arada, 2023-cü ildə Azərbaycan Qarabağda hərbi əməliyyata başlayanda, 2020-ci ildən atəşkəsin təminatçısı olan və Qarabağda sülhməramlı qoşunları olan Rusiya müdaxilə etməyib. Rusiya sülhməramlıları öz kazarmalarından yalnız Qarabağın de-fakto hakimiyyətinin qüvvələrinin tərksilahı zamanı, Bakı ilə atəşkəs imzaladıqdan sonra çıxıblar. Deməli, Ermənistanın təhlükəsizliyini dəstəkləməyən Rusiyadır".

Ağarza Elçinoğlu 

Seçilən
165
50
Mənbələr
Şərh ()
Bağla