AZ

Simonyan xəritə yaydı: Tavuşda heç bir kəndi vermirik

Ermənistan parlamentinin spikeri Alen Simonyan Tavuşda hansısa kənd və ya qəsəbənin Azərbaycana verilmədiyini bildirən paylaşım edib.

Axar.az xəbər verir ki, Simonyan ümumiyyətlə belə bir müzakirənin getmədiyini vurğulayıb.

O qeyd edib ki, Tavuşda hansısa kəndin veriləcəyini nə o deyib, nə də komanda yoldaşları:

“Getmək, sərhəd kəndlərinə girib reallığı, deyilənləri manipulyasiya edərək ehtirasları qızışdırmaq, insanların duyğuları ilə oynamaq ən son keyfiyyətlərin əyani sübutudur. Belə şeylər heç kimə siyasi divident gətirə bilməz”.

O vurğulayıb ki, Ermənistan Respublikasının aydın xəritəsi var:

“O xəritə ilə biz müstəqil olduq və bu, müzakirə mövzusu deyil”.

Simonyan paylaşdığı xəritədə Qazaxın hazırda Ermənistanda işğal altında olan anklav olmayan 4 kəndinin Azərbaycan sərhədləri daxilində olduğu, digər 3 kəndimizin isə eksklavımız olduğu açıq-aydın görünür. Eyni zamanda Naxçıvanın Kərki kəndinin də Azərbaycan ərazisi olduğunu Simonyan bu xəritə ilə təsdiqləyib və Ermənistanın hansısa kəndinin verilmədiyini, Azərbaycanın öz kəndlərinin qaytarıldığını izah edib.

Seçilən
151
44
Mənbələr
Şərh ()
Bağla