AZ

Hindistan süni intellektdən istifadə haqqında qanun hazırlayacaq

Hindistan hökuməti xəbər istehsal edənlərin və məzmun yaradıcılarının maraqlarını qorumaq və istifadəçilərə dəyən zərəri minimuma endirmək üçün süni intellektdən (Sİ) istifadəni tənzimləyən qanun hazırlamaq niyyətindədir. 

Valyuta.az xəbər verir ki, bu barədə rabitə, elektronika və informasiya texnologiyaları naziri Aşvini Vaişnav bildirib.

"Yeni qanun xəbər naşirləri, süni intellektdən istifadə edən texnologiyalar, o cümlədən böyük dil modelləri yaradanlar arasında hüquqların təmin edilməsində və gəlirlərin bölüşdürülməsində balanslaşdırılmış və güclü olacaq. Qanun innovasiyalar üçün yaxşı imkanlar yaradacaq", - "The Economic Times" qəzeti nazirdən sitat gətirib.

Süni intellekt qanunvericiliyi 2000-ci ildə qəbul edilmiş köhnəlmiş İnformasiya Texnologiyaları Qanununu əvəz edəcək Rəqəmsal Hindistan Qanununun bir hissəsi ola bilər.

"[Sİ-nin geniş istifadəsinə doğru] keçid var. Bizim mövqeyimiz ondan ibarətdir ki, əqli mülkiyyət hüquqlarına heç bir təsir olmayacaq və heç bir kommersiya və ya maliyyə təsiri olmayacaq", - Vaişnav bildirib.

O vurğulayıb ki, Hindistanda texnologiya şirkətləri tərəfindən süni intellektdən istifadənin özünütənzimləməsi naşirlərin, eləcə də xəbər məzmunu yaradıcılarının maraqlarını və hüquqlarını qoruyacaq qanunvericiliyə əsaslanacaq.

2024-cü ilin yanvar ayında Hindistanın Rəqəmsal Xəbər Nəşrçiləri Assosiasiyası (DNPA), ölkədəki 17 əsas elektron media orqanından ibarət çətir qrupu, hökumətdən süni intellekt modellərindən istifadə edərkən mümkün müəllif hüquqları pozuntularından qorunmağı tələb edib.

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
37
Mənbələr
Şərh ()
Bağla