AZ

"Biz Rusiya ilə mübahisə etmək istəmirik" – Paşinyan

"Ermənistan-Rusiya münasibətləri çətin dövrdən keçir". "AzPolitika" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdə hökumət proqramının icrasının müzakirəsi zamanı deyib. Paşinyan qeyd edib ki, Ermənistan hakimiyyəti Rusiya ilə münasibətlərdə heç bir səhvə yol verməyib. O, Ermənistanın Rusiya ilə mübahisə etmək kimi bir fikrinin olmadığını dilə gətirib:"Biz Rusiya ilə mübahisə etmək istəmirik. Ona görə ki, bizim belə imkan və gücümüz yoxdur, həmçinin biz münasibətlərimizdəki müsbət cəhətləri də qiymətləndiririk".Paşinyan əlavə edib ki, hazırda Ermənistanla Rusiya arasındakı münasibətlər “tarixi Ermənistan”dan “real Ermənistan” və Rusiya arasındakı münasibətlərə keçid prosesini yaşayır. Onun sözlərinə görə, Rusiya ilə münasibətlər Ermənistanın dövlətçiliyi, iqtisadiyyatı və təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir."AzPolitika.info" 

Seçilən
189
50
Mənbələr
Şərh ()
Bağla