AZ

Samirə Amsterdamda Avroviziya partisində səhnə aldı

Təmsilçimiz Samirə Əfəndi Amsterdamda Avroviziya tədbirində səhnə alıb.

OLAY yazır ki, Əfəndi hər il ənənəvi təşkil olunan konsert öncəsi partisində səhnəyə çıxıb.

Avroviziya mahnılarını səsləndirən Samirə ilə yanaşı gecədə Avroviziya-2009 qalibi Aleksandr Rıbak, İrlandiyanı 2011-ci ildə təmsil edən Jedward, Ukraynanın 2020 təmsilçisi “Go A” da olub.

Tədbir “Afas Live”də həyata keçib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
13
Mənbələr
Şərh ()
Bağla